Xızıda 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb

Xızıda 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır
Hadisə
28 İyun , 2017 12:18
Xızıda 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb

Bakı. 28 iyun. REPORT.AZ/ Xızı rayonu ərazisində 15 gün əvvəl baş vermiş qəzada xəsarət almış şərnişin xəstəxanada ölüb.

DİN-dən "Report"a verilən məlumata görə, iyunun 13-də Xızı rayonu ərazisində Quba rayon sakini Cahid Babayevin idarə etdiyi "VAZ-21104" markalı və Şabran rayon sakini Rafiq Mustafayevin idarə etdiyi "KamAZ" markalı avtomobillər toqquşub.

Nəticədə C.Babayevin 3 sərnişini xəstəxanaya yerləşdirilib. Onlardan Narınc iyunun 26-da orada ölüb.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi