Xızıda 7-ci sinif şagirdi özünü asaraq intihar edib

Xızıda 7-ci sinif şagirdi özünü asaraq intihar edib Hadisə ilə bağlı cinayət işi açılıb
Hadisə
1 May , 2017 09:54
Xızıda 7-ci sinif şagirdi özünü asaraq intihar edib

Xızı. 1 may. REPORT.AZ/ Xızı rayonunda 14 yaşlı məktəbli özünü asaraq intihar edib.

"Report"un Şimal bürosunun məlumatına görə, hadisə rayonun Stalçay kəndində baş verib.

Belə ki, həmin kəndin sakini, kənddəki orta məktəbin 7-ci sinifində təhsil alan 2003-cü il təvəllüdlü Rüfət Bayramov özünü yaşadığı evin həyətində tövlədən asıb.

Ailə üzvləri onu Sumqayıt Şəhər Xəstəxanasına çatdırsalar da məktəblinin həyatını xilas eləmək mümkün olmayıb. 

O, aprelin 30-u gecə saatlarında xəstəxanada ölüb.

Xızı Rayon Prokurorluğu faktı təsdiqləyib və hadisə ilə bağlı cinayət işinin açıldığını bildirib.

Son xəbərlər

Orphus sistemi