Xızıda 132 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 132 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 348 015 kv.m (34.80 ha) ərazi yoxlanılıb
Hadisə
28 Dekabr , 2017 06:37
Xızıda 132 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 28 dekabr. REPORT.AZ/ Müdafiə Nazirliyinin Xızı rayonu ərazisində yerləşən N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar ANAMA, Fövqəladə Hallar və Daxili İşlər nazirliklərinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam edir.

ANAMA-dan “Report”a verilən məlumata görə, dekabrın 27-də partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 132 ədəd partlamamış hərbi sursat (PHS), 177 ədəd partlamış-yanmış mərmi qalıqları və 1452 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 348 015 kv.m (34.80 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 106 gün ərzində 24 082 ədəd partlamamış hərbi sursat (PHS), 15 742 ədəd partlamış-yanmış sursat qalıqları və 90 071 kq yandırma məhsulu aşkar edilərək götürülüb, nəticə etibarilə 76 920 693 kv.m (7 692 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay, Yeni Yaşma, Şurabad kəndləri ərazisində 8 868 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi