Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib Nəticə etibarilə 32 000 kv.m (3.20 ha) ərazi yoxlanılıb
Hadisə
24 Sentyabr , 2017 19:40
Xızıda 112 ədəd partlamamış hərbi sursat aşkar edilib

Bakı. 24 sentyabr. REPORT.AZ/ Xızı rayonu ərazisində yerləşən Müdafiə Nazirliyin N saylı hərbi hissəsinin sursat anbarında baş vermiş partlayışla əlaqədar Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA), Fövqəladə Hallar Nazirliyinin və Daxili İşlər Nazirliyinın birgə keçirdiyi təmizləmə əməliyyatları davam etdirilir.

ANAMA-dan "Report"a verilən məlumata görə, sentyabrın 24-də yerli sakinlər tərəfindən daxil olmuş zənglərə əsasən Giləzi qəsəbəsi ərazisində ferma və Mülki Müdafiənin anbar ərazisinə, həmçinin partlayış baş vermiş hərbi hissənin ətrafına baxış keçirilib, 112 ədəd partlamamış hərbi sursat (PHS), 89 ədəd partlamış-yanmış mərmi qalıqları və 990 kq yandırma aşkar edilərək götürülüb, nəticə etibarilə 32 000 kv.m (3.20 ha) ərazi yoxlanılıb.

Ümumiyyətlə, 29 gün ərzində 12 ev, 46 evin həyətyanı sahəsinə, 10 ferma ərazisinə, 33 əkin sahəsinə, 11 otlaq sahəsinə, 2 məktəb ərazisinə, 3 dəmiryolu xətininə, 1 rabitə qovşağına, 1 telestudio ərazisinə, 2 kənd qəbirstanlığına, 1 su kanalına, 1 istixanaya, 1 hərbi şəhərciyə, 1 kənd məscidinin yaxınlığına, su stansiyasına, Bakı-Novorossiysk neft kəmərin Xızı rayonundan keçən hissəsinə, Mülki Müdafiənin anbar ərazisinə, balıqçılıq və zeytunçuluq təsərrüfatına, eko-turizmin həyətyanı sahəsinə, dəniz sahilinə, taxıl anbarının yaxınlığına yol kənarına, Samur-Abşeron kanalı istismar idarəsinin Taxta körpü-Ceyranbatan kanalının içərisinə, ətrafına, dükerlərə baxış keçirilib, 9 939 ədəd partlamamış hərbi sursat (PHS), 4 127 ədəd partlamış-yanmış sursat qalıqları və 16 284 kq yandırma aşkar edilərək götürülmüş, nəticə etibarilə 39 121 588 kv.m (3 912.16 ha) ərazi yoxlanılıb.

Bununla yanaşı, Xızı rayonunun Giləzi qəsəbəsi, Sitalçay və Şurabad kəndləri ərazisində 5 983 nəfər yerli sakin arasında mina təhlukəsizliyinə dair maarifləndirmə təbliğatı aparılıb.

Son xəbərlər

Orphus sistemi