Xızı və Sumqayıtda uşaqlar qaynar sudan yanıb

Xızı və Sumqayıtda uşaqlar qaynar sudan yanıb Xızıda 1 yaşlı uşaq qaynar sudan yanıb.
Hadisə
30 Mart , 2019 19:42
Xızı və Sumqayıtda uşaqlar qaynar sudan yanıb

Xızıda 1 yaşlı uşaq qaynar sudan yanıb.

“Report”un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, hadisə rayonun Əmbizlər kəndində baş verib. Belə ki, 2018-ci il təvəllüdlü Mövlanov Ozal Yarbala oğlu yaşadığı evdə nəzarətsiz qalıb. Bu zaman onun üzərinə qaynar su dağılıb. Azyaşlı müxtəlif dərəcəli yanıq xəsarətləri ilə xəstəxanaya aparılıb. Ona 1-ci və 2-ci dərəcəli yanıq diaqnozu qoyulub. 

Anoloji hadisə Sumqayıt şəhərinin İnşaatçılar qəsəbəsində də qeydə alınıb. Belə ki, şəhər sakini 2017-ci il təvəllüdlü Zülfiqarzadə Cəfər Cahid oğlunun yaşadığı 8 saylı yataqxanada üzərinə qaynar çay dağılıb. Azyaşlı dərhal xəstəxanaya çatdırılıb. Ona 2-ci və 3-cü dərəcəli termik yanıq diaqnozu qoyulub.

Hər iki faktla bağlı araşdırma aparılır

Son xəbərlər

Orphus sistemi