Xızı sakininin üzərindən “patı” və heroin tapılıb

Xızı sakininin üzərindən “patı” və heroin tapılıb Xızı sakininin üzərindən “patı” və heroin tapıldı
Hadisə
4 Avqust , 2021 12:40
Xızı sakininin üzərindən “patı” və heroin tapılıb

“Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən metamfetamin və heroin adlanan narkotik tərkibli maddələri üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Mehrab Həmidli saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba Regional Qrupundan "Report" verilən məlumata görə, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən həmin şəxsin üzərinə baxış keçirilən zaman metamfetamin və heroin aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi