Xızı sakini qardaşını güllələyərək öldürüb

Xızı sakini qardaşını güllələyərək öldürüb Hadisə torpaq üstündə düşən mübahisə zamanı baş verib
Hadisə
30 Oktyabr , 2017 10:10
Xızı sakini qardaşını güllələyərək öldürüb

Xızı. 30 oktyabr. REPORT.AZ/ Xızı sakini qardaşını güllələyərək qətlə yetirib.

"Report"un məlumatına görə, rayon sakini, 1966-cı il təvəllüdlü  Səməd Həsən oğlu Məhərrəmov torpaq üstündə yaranmış mübahisə zəminində qardaşı, 1972-ci il təvəllüdlü Şirxan Həsən oğlu Məhərrəmovu tüfənglə vuraraq qətlə yetirib.

Faktla bağlı Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsilə cinayət işi açılıb.

Son xəbərlər

Orphus sistemi