Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır
Hadisə
19 Yanvar , 2018 10:25
Xızı sakini özünü bıçaqlayaraq intihara cəhd edib

Xızı. 19 yanvar. REPORT.AZ/ Xızı rayonunda yerli sakini özünü bıçaqlayaraq intihara cəhd edib.

"Report"un yerli bürosunun verdiyi məlumata görə, hadisə rayonun Yaşma Dəmir Yolu Stansiyası ərazisində baş verib.

Belə ki, 1986-cı il təvəllüdlü Emil Mail oğlu Dadaşov yaşadığı ərazidə ürəyinə 1 bıçaq zərbəsi vurmaqla intihara cəhd edib.

Yaralı dərhal Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Əməliyyat olunan şəxsin vəziyyəti ağır olaraq qalır.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi