Xızı sakini "patı" ilə tutulub

Xızı sakini "patı" ilə tutulub Xıza sakinindən narkotik vasitə götürülüb.
Hadisə
28 İyul , 2021 09:53
Xızı sakini patı ilə tutulub

Xızı sakinindən narkotik vasitə götürülüb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin Quba regional qrupunun baş inspektoru polis leytenantı Xəyal Talıbov bildirib.

Belə ki, Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayon ərazisində metamfetamin adlanan narkotik tərkibli maddəni üzərində gəzdirməkdə şübhəli bilinən rayonun Giləzi qəsəbə sakini Nurlan Muxtarov saxlanılıb.

Xızı Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməkdaşları tərəfindən Nurlan Muxtarovun üzərinə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik tərkibli metamfetamin maddəsi aşkar olunaraq götürülüb.

Faktla bağlı istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi