Xırdalanda yük maşını qəza törədib, çəni deşilərək yanacağı yola tökülüb - FOTO

Xırdalanda yük maşını qəza törədib, çəni deşilərək yanacağı yola tökülüb - FOTO Qəzaya sürücünün sükan arxasında yatması səbəb olub
Hadisə
12 May , 2017 05:42
Xırdalanda yük maşını qəza törədib, çəni deşilərək yanacağı yola tökülüb - FOTO
Report.az

Bakı. 12 may. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan dairəsi kimi tanınan ərazisində yük avtomobili qəzaya uğrayıb.

"Report" xəbər verir ki, 12 metr uzunluğa malik avtomobil daşıyan "MAN" markalı yük maşını yolun ortasındakı dəmir arakəsməyə çırpılıb.

Zərbə o qədər güclü olub ki, yük avtomobilinin benzin çəni deşilib və yanacaq yola tökülüb.

Sürücü Yol Patrul Xidmətinin əməkdaşlarına ilkin ifadəsi zamanı bildirib ki, qəzaya onun sükan arxasında yatması səbəb olub.

Qeyd edək ki, hadisə baş verən zaman yük avtomobili boş olub.

Son xəbərlər

Orphus sistemi