Abşeronda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
Belə ki, 1995-ci il təvəllüdlü Hacıyev Ülvi Ərşad oğlu idarə etdiyi avtomobillə hərəkətdə olarkən idarəetməni itirərək beton maneəyə çırpılıb.
Hadisə yerində bədən xəsarətləri alan 25 yaşlı gənc xəstəxanaya çatdırılıb, müayinə zamanı onda sağ qamış sümüyünün sınığı aşkarlanıb.
Faktla bağlı araşdırma aparılır.