Xırdalanda yaşayış evi yanıb - FOTO - YENİLƏNİB - VİDEO

Xırdalanda yaşayış evi yanıb - FOTO - YENİLƏNİB - VİDEO FHN əməkdaşlarından birinin halı pisləşib
Hadisə
9 Avqust , 2017 12:20
Xırdalanda yaşayış evi yanıb - FOTO - YENİLƏNİB - VİDEO
Report.az

Bakı. 9 avqust. REPORT.AZ/ Xırdalanda yaşayış evində baş vermiş yanğın söndürülüb. 

"Report"un xəbərinə görə, hadisə zamanı evdəki bütün əşyalar, habelə evin çox hissəsi yanıb.


*** saat 12:05

Bakı. 9 avqust. REPORT.AZ/ Xırdalanda yaşayış evi yanır.

"Report"un məlumatına görə, hadisə Abşeron rayonu, Xırdalan şəhəri, Yusif Məmmədəliyev küçəsində baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Yanğından Mühafizə Xidmətinin əməkdaşları gəliblər. Evdə olan körpə uşaq təxliyyə olunub.

İlkin məlumata görə, FHN əməkdaşlarından birinin halı pisləşib. Hadisə yerinə Təcili Tibbi Yarım maşını gəlib. FHN-in əməkdaşlarına ilkin yardım göstərilib.

Hazırda yanğının söndürülməsi istiqamətində iş aparılır.

Son xəbərlər

Orphus sistemi