Xırdalanda yaşayış binasında yanğın söndürülüb, hadisənin səbəbi məlum olub

Xırdalanda yaşayış binasında yanğın söndürülüb, hadisənin səbəbi məlum olub Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.
Hadisə
16 Avqust , 2022 01:33
 Xırdalanda yaşayış binasında yanğın söndürülüb, hadisənin səbəbi məlum olub

Xırdalanda yaşayış binasının qarajında baş verən yanğın söndürülüb.

“Report”un hadisə yerində olan əməkdaşının verdiyi məlumata görə, yanğına binanın elektrik qutusundakı qısaqapanma səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və sakinlər təhlükəsiz əraziyə təxliyə ediliblər.

Yanğın 15 dəqiqə ərzində söndürülüb və bundan sonra sakinlər evlərinə qayıdıb.

Hadisə zamanı xəsarət alan olmayıb.

00:41

Abşeron rayonunda çoxmərtəbəli binada partlayış olub.

“Report” Oxu.Aza istinadən xəbər verir ki, hadisə Xırdalanda yerləşən yaşayış komplekslərindən birində qeydə alınıb.

İlkin məlumata görə, partlayışa yaşayış kompleksindəki binalardan birinin elektrik təchizatında yaranmış nasazlıq səbəb olub.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə bölmələri cəlb olunub və bina sakinləri təhlükəsiz əraziyə təxliyə ediliblər.

Hələlik partlayış nəticəsində xəsarət alanların olub-olmaması barəsində məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi