Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb Polis oğurluq edən şəxsləri saxlayıb
Hadisə
14 Yanvar , 2025 15:40
Xırdalanda yarmarkadan 15 min manatlıq geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb

Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyaları oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.

Bu barədə “Report”a Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Abşeron rayonu Xırdalan şəhəri ərazisindəki yarmarkadan 15 min manat dəyərində geyim əşyalarının oğurlanması barədə polisə məlumat daxil olub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən N.Quliyev müəyyən olunaraq saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi