Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib

Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib Abşeron rayonunun Xırdalan şəhərində səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb.
Hadisə
29 May , 2023 09:40
Xırdalanda yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib
google.az

Abşeron rayonunun Xırdalan şəhərində yanğın olub, 2 nəfər tüstüdən zəhərlənib.

Bu barədə "Report"a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, səkkizmərtəbəli yaşayış binasının zirzəmisində yerləşən avtomobil dayanacağında quraşdırılan elektrik lövhəsində 2 ədəd sayğac və 5 p.m kabel yanıb.

Yüksək temperaturdan yaxınlıqda dayanan “Hyundai” markalı minik avtomobilinin arxa faraları və buferi əriyib. Yanğın zamanı 2 nəfər tüstüdən zəhərlənib. Avtomobilin qalan hissəsi və digər kommunikasiya xətləri yanğından mühafizə olunub.

Yanğın söndürülüb.

Son xəbərlər

Orphus sistemi