Bakı. 23 fevral. REPORT.AZ/ Xırdalanda şirkətin anbarından 55 min manatlıq material oğurlanıb.
"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin rəsmi saytı məlumat yayıb.
Belə ki, yanvarın 18-dən 28-dək olan müddətdə Xırdalan şəhərində "Xırdalan Süd" ASC-yə məxsus anbardan 55 000 manat dəyərində inşaat materialları oğurlanıb.
Abşeron Rayon Polis İdarəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törədən oranın mühafizəçiləri - Lerik rayon sakini Röyal Ağayev saxlanılıb, daha 1 nəfər isə müəyyən edilib.