Xırdalanda qırılaraq yola düşən yüksəkgərginlikli xətt bərpa edilib

Xırdalanda qırılaraq yola düşən yüksəkgərginlikli xətt bərpa edilib "Azərişıq" əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.
Hadisə
18 Avqust , 2022 01:10
Xırdalanda qırılaraq yola düşən yüksəkgərginlikli xətt bərpa edilib

"Azərişıq" əməkdaşlarının operativ müdaxiləsi nəticəsində Abşeron rayon Xırdalan şəhəri ərazisində qırılıb yerə düşmüş 0,4 KV-luq ÖİN xətt qısa zamanda bərpa edilib.

Bu barədə "Report"a qurumun mətbuat xidmətindən məlumat verilib.

Açıqlamada deyilir ki, hazırda ölkənin digər regionlarında olduğu kimi Abşeronda da elektrik enerjisi verilişi tam təmin edilib.

Qeyd edək ki, ötən gün axşam 22:00 radələrində Abşeron rayonu, Xırdalan şəhəri ərazisində 0,4 KV-luq ÖİN xətt qırılaraq yola düşüb.

Son xəbərlər

Orphus sistemi