Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub Səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib
Hadisə
24 Avqust , 2017 12:06
Xırdalanda qarət məqsədi ilə evə girən şəxs tutulub

Bakı. 24 avqust. REPORT.AZ/ Xırdalan şəhərindəki evlərdən birinə qarət məqsədi ilə girən şəxs tutulub.

Daxili İşlər Nazirliyindən "Report"a verilən məlumata görə, avqustun 21-də Abşeron rayonunun Xırdalan şəhərindəki evlərdən birinə gəlmiş naməlum şəxs ev sahibəsini bıçaqla hədələyib pul və qızıl əşyalar verməsini tələb edib, səs-küy yarandığından istədiyinə nail ola bilməyərək hadisə yerini tərk edib.

Abşeron Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Saray qəsəbə sakini Maqsud Əliyev tutulub.

Son xəbərlər

Orphus sistemi