Xırdalanda piyadaları vuran avtobus sürücüsünün istintaqı başa çatıb

Xırdalanda piyadaları vuran avtobus sürücüsünün istintaqı başa çatıb Abşeron rayonunun Xırdalan şəhərində 2 piyadanı vuraraq xəsrət almalarına səbəb olmaqda təqsirləndirilən avtobus sürücüsü Vüsal Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
18 İyul , 2019 17:39
Xırdalanda piyadaları vuran avtobus sürücüsünün istintaqı başa çatıb

Abşeron rayonunun Xırdalan şəhərində 2 piyadanı vuraraq xəsrət almalarına səbəb olmaqda təqsirləndirilən avtobus sürücüsü Vüsal Ağayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib. Hakim Vaqif Həsənovun icraatında olan iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.

Qeyd edək ki, hadisə bu ilin aprel ayında Xırdalanda baş verib. 535 saylı xətt marşutu üzrə hərəkət edən Vüsal Ağayevin idarə etdiyi sərnişin avtobusu M.Ə.Rəsulzadə küçəsində yolu keçmək istəyən 2004-cü il təvəllüdlü Mirzəzadə Mərziyyə Sahib qızı və 2002-ci il təvəllüdlü Cəfərov Saday Rövşən oğlunu vurub. Yaralılar təcili tibbi yardım vasitəsilə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Hadisə ilə bağlı Abşeron Rayon Polis İdarəsinin İstintaq şöbəsində cinayət işi başlanılıb, 263.1-1 (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına ağır zərər vurulmasına səbəb olduqda) maddəsi ilə ittiham verilib. 

Son xəbərlər

Orphus sistemi