Xırdalanda oğurluq: 5000 manatlıq əşyanı 300 manata satıb

Xırdalanda oğurluq: 5000 manatlıq əşyanı 300 manata satıb Faktla bağlı araşdırmalara başlanılıb
Hadisə
21 Oktyabr , 2016 17:16
Xırdalanda oğurluq: 5000 manatlıq əşyanı 300 manata satıb

Bakı. 21 oktyabr. REPORT.AZ/ Abşeron rayonunda avtoyuma məntəqəsinin işçisi işlədiyi obyektdən dəyəri 5000 manat olan kompressoru oğurlayaraq 300 manata satıb.

"Report"un hüquq-mühafizə orqanlarından əldə etdiyi məlumata görə, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, Abşeron Rayon Polis İdarəsinə (RPİ) Xırdalan şəhərində yerləşən yuyucu məntəqələrinin birindən kompressor oğurlanması barədə məlumat daxil olub. Keçirilən əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən şəxs saxlanılıb. Məlum olub ki, oğurluğu törədən şəxs avtoyuma məntəqəsində yuyucu işləyən Lənkaran şəhər sakini Əliağa Süleymanovdur.

Ə.Süleymanov istintaqa ifadəsində bildirib ki, əvvəllər narkotik maddələrin qanunsuz dövriyyəsinə görə məhkum olunub. Azadlığa çıxdıqdan sonra Bakıya iş axtarmağa gəlib. Avtoyuma məntəqəsində işə düzələn Ə.Süleymanov işlədiyi yerdən 5000 manat dəyərində olan kompressoru təmir etdirmək bəhanəsi ilə aparıb. Məlum olub ki, o həmin cihazı 300 manat məbləğində tanımadığı şəxsə satıb.

Faktla bağlı araşdırmalara başlanılıb.

Son xəbərlər

Orphus sistemi