Sumqayıt. 5 avqust. REPORT.AZ/ Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər mənzildə ölü tapılıb.
“Report”un yerli bürosu xəbər verir ki, şəhər sakini 1935-ci il təvəllüdlü Mahmud Vəliyevin yaşadığı mənzilindən pis qoxunun gəldiyini görən qonşular qapını döysələr də açan olmayıb.
Hadisə yerinə cəlb olunmuş Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri giriş qapısını açıblar. M.Vəliyev mənzildən ölü olaraq tapılıb. Onun meyiti adiyyəti üzrə təhvil verilib.