Xırdalanda mənzildə qadın meyiti aşkarlandı

Xırdalanda mənzildə qadın meyiti aşkarlandı Abşeron rayonunda mənzildə 85 yaşlı qadının meyiti aşkarlanıb.
Hadisə
10 İyun , 2020 23:01
Xırdalanda mənzildə qadın meyiti aşkarlandı

Abşeron rayonunda mənzildə 85 yaşlı qadının meyiti aşkarlanıb.

Bu barədə "Report" Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir.

FHN-in "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Abşeron rayonunun Xırdalan şəhərində 1 nəfər bağlı qapı arxasında köməksiz vəziyyətdə qalıb. Hadisə yerinə cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri evin giriş qapısını açıb və orada aşkarlanan 1935-ci il təvəllüdlü Ədilova Gülçöhrə Vurğun qızının meyitini aidiyyəti üzrə təhvil veriblər.

Son xəbərlər

Orphus sistemi