Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub

Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub Aslan Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib
Hadisə
20 Oktyabr , 2016 11:03
Xırdalanda baldızını bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 20 oktyabr. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Aslan Hüseynovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

"Report"un məlumatına görə, hakim Mahmud Ağalarovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

Məhkəmənin hökmü ilə A.Hüseynov 7 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Abşeron rayonunun Xırdalan şəhərində qeydə alınıb. Fikrət Əhmədov küçəsində yaşayan 1967-ci il təvəllüdlü A.Hüseynov aralarında yaranan mübahisə zamanı baldızı Hicran Məhərrəmzadəni bıçaqlayıb. Yaralı təcili yardımla Respublika Klinik Xəstəxanasına çatdırılıb. Onun həyatını xilas etmək mümkün olub. Həkimlər H.Məhərrəmzadədə 10 yaxın bıçaq xəsarəti aşkarlayıblar. Hadisə zamanı A.Hüseynov da xəsarət alıb. O, 1 saylı şəhər xəstəxanasına gətirilib. Bıçaq onun əlini kəsib. A.Hüseynov polislərə bildirib ki, baldızı onun evinə gələrək bıçaqla ona hücum edib. O da bıçağı baldızının əlindən alaraq ona vurub.

A.Hüseynov Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərər vurma) maddəsi ilə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi