Xırdalanda bacanağını öldürən şəxsə hökm oxunub

Xırdalanda bacanağını öldürən şəxsə hökm oxunub Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
9 aprel 2019 08:10
Xırdalanda bacanağını öldürən şəxsə hökm oxunub

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətldə təqsirləndirilən Şahin Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un xəbərinə görə, hakim İradə Həsənzadənin sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 9 il müddətinə azadlıqdan məhrum edilib.

Xatırladaq ki, təqsirləndirilən şəxsin vəkili Xəqani İmanov müdafiə çıxışında müvəkkili barəsində Cinayət Məcəlləsinin 62-ci (nəzərdə tutulmuş cəzadan daha aşağı cəza) maddəsini tətbiq etməklə ona sanksiyada nəzərdə tutulmuş cəzadan daha aşağı həddə cəza verilməsini məhkəmədən xahiş edib.

Qeyd edək ki, hadisə Xırdalan şəhərində baş verib. Ş.Qasımov aralarında yaranan münaqişə zəminində bacanağı Müşviq Abbasovu bıçaqlayıb. Bir müddət sonra yaralı dünyasını dəyişib.

Məhkəmədə ifadə verən Ş.Qasımov bildirib ki, bacanağını namus üstündə öldürüb. 

Son xəbərlər

Orphus sistemi