Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.
Hadisə
16 Dekabr , 2019 16:28
Xırdalanda avtomobil yollarının əsaslı təmiri üçün 3 milyon manat ayrılıb

Prezident İlham Əliyev Xırdalan şəhərində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

"Report" xəbər verir ki, sərəncamla Xırdalan şəhərində ümumi uzunluğu 5,4 kilometr olan Nizami, Hacı Zeynalabdin Tağıyev, Səttar Bəhlulzadə və Qalubiyyə küçələrinin əsaslı təmiri məqsədilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə 3 milyon manat ayrılıb.

Son xəbərlər

Orphus sistemi