Xırdalanda avtomobil piyadaları vurub, ölən və xəsarət alan var

Xırdalanda avtomobil piyadaları vurub, ölən və xəsarət alan var Abşeronda 1 piyadanın ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
13 iyun 2019 19:25
Xırdalanda avtomobil piyadaları vurub, ölən və xəsarət alan var

Abşeronda 1 piyadanın ölümü, daha 1 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə "Xırdalan dairəsi"ndə qeydə alınıb.

Belə ki, avtomobil 1992-ci il təvəllüdlü Bəkirov İlkin Mürsəl oğlunu və 24-25 yaşlı Nuray adlı piyadanı vurub. Qız aldığı xəsarətdən hadisə yerində ölüb. İ.Bəkirov isə 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

Son xəbərlər

Orphus sistemi