Xırdalanda avtomobil maneələrə çırpılıb, bir nəfər xəsarət alıb

Xırdalanda avtomobil maneələrə çırpılıb, bir nəfər xəsarət alıb Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
21 Yanvar , 2021 00:03
Xırdalanda avtomobil maneələrə çırpılıb, bir nəfər xəsarət alıb

Abşeron rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetməni itirərək maneələrə çırpılıb.

Qəza zamanı avtomobildə olan sərnişin, 1989-cu il təvəllüdlü İbrahimov Xəyal Fazil oğlu ağır bədən xəsarətləri alıb. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Müayinə zamanı ona döş qəfəsinin küt travması, hər iki baldırın və sol qolun çoxsaylı yerdəyişən sınıqları diaqnozları qoyulub. Yaralının vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

İlkin ehtimala görə hadisəyə səbəb yağışlı hava şəraiti olub.

Hadisənin təfərrüatı araşdırılır.

Son xəbərlər

Orphus sistemi