Xırdalanda arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub

Xırdalanda arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elgün Ağacanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.
Hadisə
30 May , 2018 14:36
Xırdalanda arvadını xüsusi amansızlıqla qətlə yetirən şəxsə hökm oxunub
0 : 00
0 : 00

Bakı. 30 may. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qətl törətməkdə təqsirləndirilən Elgün Ağacanovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb.

"Report"un məlumatına görə, hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

O, məhkəmənin hökmü ilə 17 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, E.Ağacanov Xırdalanda arvadını ailə münaqişəsi zəminində xüsusi amansızlıqla bıçaqlayaraq qətlə yetirib.

Hadisə ötən il Xırdalan şəhəri 20 Yanvar küçəsində yerləşən nömrəsiz fərdi evdə baş verib. Həmin ünvanda yaşayan 1986-cı il təvəllüdlü Ağasənov Elgün Rasim oğlu həyat yoldaşı - 1994-cü il təvəllüdlü Nadirova Axirə İsməmməd qızını şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı bıçaqla qətlə yetirib.

Son xəbərlər

Orphus sistemi