Xırdalanda 64 yaşlı kişi dostu tərəfindən döyülüb

Xırdalanda 64 yaşlı kişi dostu tərəfindən döyülüb Fakt Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılır
Hadisə
2 İyul , 2017 05:31
Xırdalanda 64 yaşlı kişi dostu tərəfindən döyülüb

Bakı. 2 iyul. REPORT.AZ/ Xırdalan şəhərində döyülmə hadisəsi baş verib.

"Report" xəbər verir ki, hadisə şəhərdəki kafelərdən birində qeydə alınıb.

Belə ki, 1953-cü il təvəllüdlü Nəsirov Məzahir Qurban oğlu kafelərdən birində dostu ilə yeyib içdikdən sonra mübahisə edib. Mübahisə dava ilə nəticələnib və o, döyülərək xəsarət alıb.

M.Nəsirov xəstəxanaya yerləşdirilib.

Fakt Abşeron Rayon Polis İdarəsi tərəfindən araşdırılır.

Son xəbərlər

Orphus sistemi