Xırdalanda 61 yaşlı qadın itkin düşdü - FOTO

Xırdalanda 61 yaşlı qadın itkin düşdü - FOTO Abşeron rayonunda 61 yaşlı qadın itkin düşüb.
Hadisə
15 Fevral , 2020 19:24
Xırdalanda 61 yaşlı qadın itkin düşdü - FOTO
Foto: "Report"

Abşeron rayonunda 61 yaşlı qadın itkin düşüb.

"Report" xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.

Belə ki, 1959-cu il təvəllüdlü Mahmudova Nüşabə Hüseyn qızı fevralın 13-də səhər saat 9 radələrində "Quşçuluq" massivində yaşadığı evindən çıxıb və bir daha geri qayıtmayıb.

N.Mahmudovanın yaxınları "Report"a bildirib ki, evdən çıxarkən onun əynində qəhvəyi gödəkcə, başında şarf olub. "Onun heç bir xəstəliyi yoxdur, tamamilə sağlamdır", - deyə yaxınları bildiriblər.

Son xəbərlər

Orphus sistemi