Xırdalanda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb - ƏLAVƏ OLUNUB - VİDEO

Xırdalanda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb - ƏLAVƏ OLUNUB - VİDEO Faktla bağlı araşdırma aparılır
Hadisə
6 İyun , 2017 10:05
Xırdalanda 5 yaşlı uşaq 7-ci mərtəbədən yıxılaraq ölüb - ƏLAVƏ OLUNUB - VİDEO
Report.az

*** Ilk xəbər 00:03-də dərc olunub. Video əlavə olunub

Bakı. 6 iyun. REPORT.AZ/ Abşeron rayonunda uşaq ölümü ilə nəticələnən bədbəxt hadisə qeydə alınıb.

"Report" xəbər verir ki, 5 yaşlı uşaq Xırdalan şəhərinin Heydər Əliyev prospektində yerləşən hündürmərtəbəli binalardan birinin 7-ci mərtəbəsindən yerə yıxılaraq ölüb.

Hadisə "Absheron City" yaşayış kompleksinin ərazisində baş verib. Ərazidəki binalardan birinin birinci mərtəbəsinə qonaq gələn ailənin 5 yaşlı uşağı – Əsədova Məryəm Vüsal qızı nəzarətsiz qalaraq 7-ci mərtəbəyə çıxıb və pilləkən qəfəsinin pəncərəsindən yerə yıxılıb.

Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi