Xırdalanda 5 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Xırdalanda 5 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ağır xəsarət alıb Abşeron rayonunda bədbəxt hadisə baş verib.
Hadisə
14 Sentyabr , 2019 23:10
Xırdalanda 5 yaşlı uşaq 6-cı mərtəbədən yıxılaraq ağır xəsarət alıb

Abşeron rayonunda bədbəxt hadisə baş verib.

“Report”un məlumatına görə, hadisə Xırdalan şəhərində qeydə alınıb. Belə ki, 2014-cü il təvəllüdlü Nabat Xədicə Xəyyam qızı yaşadığı mənzilin eyvanından yerə yıxılıb.

Altıncı mərtəbədən düşən uşaq təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Ona bədənin müştərək travması və çoxsaylı sınıqlar diaqnozu qoyulub. Vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Ramin Şahbazov

Son xəbərlər

Orphus sistemi