Xırdalanda 30 yaşlı gənc güllə yarası alıb

Xırdalanda 30 yaşlı gənc güllə yarası alıb Abşeron rayonunda 30 yaşlı şəxs ehtiyatsızlıqdan özünü güllələyib.
Hadisə
12 İyun , 2020 00:27
Xırdalanda 30 yaşlı gənc güllə yarası alıb

Abşeron rayonunda 30 yaşlı şəxs ehtiyatsızlıqdan özünü güllələyib.

“Report” xəbər verir ki, hadisə Xırdalan şəhərində baş verib.

Belə ki, 1990-cı il təvəllüdlü Şirəliyev Ramil Namiq oğlunun ov tüfəngi ilə ehtiyatsız davranması nəticəsində atəş açılıb və o güllə yarası alıb.

Yaralı təcili tibbi yardım briqadasının köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Ona döş qəfəsinin sol yarısının deşilmiş yarası diaqnozu qoyulub, əməliyyata götürülüb.

Hazırda vəziyyəti ağır olaraq qiymətləndirilir.

Son xəbərlər

Orphus sistemi