Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırıb

Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırıb Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Hadisə
18 Avqust , 2019 18:17
Xilasedicilər intihara cəhd edən şəxsi fikrindən daşındırıb

Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Nərimanov rayonunda 1 nəfər çoxmərtəbəli yaşayış binasının damına çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Report-un nazirliyin saytına istinadən verdiyi məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb.

Son xəbərlər

Orphus sistemi