XİN: Təbrizdə özünü asan Azərbaycan vətəndaşının cənazəsinin gətirilməsi üçün tədbirlər görülür

XİN: Təbrizdə özünü asan Azərbaycan vətəndaşının cənazəsinin gətirilməsi üçün tədbirlər görülür 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında intihar edib
Hadisə
7 İyul , 2015 17:32
XİN: Təbrizdə özünü asan Azərbaycan vətəndaşının cənazəsinin gətirilməsi üçün tədbirlər görülür

Bakı. 7 iyul. REPORT.AZ/ Azərbaycanın Təbrizdəki baş konsulluğu İranda özünü asan Azərbaycan vətəndaşının cənazəsinin ölkəyə gətirilməsi üçün tədbirlər görür. 

Bu barədə "Report"a Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev məlumat verib. 

O qeyd edib ki, iyulun 6-da KİV-də yayılmış məlumata əsasən İran İslam Respublikasının Təbriz şəhərində yerləşən “Cahannamə” mehmanxanasında bir nəfərin meyitinin asılmış vəziyyətdə tapıldığı və həmin şəxsin Azərbaycan Respublikası vətəndaşı olduğu bildirilib: "Xarici İşlər Nazirliyinin təlimatı əsasında Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu İİR-in aidiyyəti orqanları ilə əlaqə saxlayıb və bu şəxsin 1969-cu il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşı Həşimov Ədalət Həsən oğlu olduğu bildirilib.

Hal-hazırda Təbriz şəhərinə gəlmiş mərhumun yaxın qohumlarına lazımi dəstək və konsulluq yardımı göstərərək, Baş Konsulluq meyitə baxışın keçirilməsi və eləcə də mərhumun cənazəsinin mümkün olan ən qısa müddət ərzində Azərbaycana göndərilməsi üçün təxirəsalınmaz tədbirlər həyata keçirir".  

Son xəbərlər

Orphus sistemi