Xəzərin Türkmənistan sektorunda aşkar edilən cəsədin kimliyi müəyyən olunub

Xəzərin Türkmənistan sektorunda aşkar edilən cəsədin kimliyi müəyyən olunub Cəsəd “Neftqaztikinti” Trestində çalışmış Xoşbəxt Səmədovundur
Hadisə
3 Fevral , 2016 15:04
Xəzərin Türkmənistan sektorunda aşkar edilən cəsədin kimliyi müəyyən olunub

Bakı. 3 fevral. REPORT.AZ/ Yanvarın 29-da Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub.

"Report" Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) mətbuat xidmətinə istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd “Neftqaztikinti” Trestində çalışmış Xoşbəxt Xanış oğlu Səmədovundur.

Qeyd edək ki, dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir.

Son xəbərlər

Orphus sistemi