​Xəzərin Türkmənistan sahilində daha bir meyit tapılıb, cəsədlərin gətirilməsi üçün təyyarə göndərilib

​Xəzərin Türkmənistan sahilində daha bir meyit tapılıb, cəsədlərin gətirilməsi üçün təyyarə göndərilib Onlardan birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib
Hadisə
4 Yanvar , 2016 10:57
​Xəzərin Türkmənistan sahilində daha bir meyit tapılıb, cəsədlərin gətirilməsi üçün təyyarə göndərilib

Bakı. 4 yanvar. REPORT.AZ/ Azərbaycan Fövqəladə Hallar Nazirliyinin (FHN) təyyarəsi Xəzər dənizinin Türkmənistan sektorunda tapılmış neftçilərin meyitlərini gətirmək üçün yola düşüb.

Bu barədə “Report”a FHN-dən bildirilib.

Məlumatda bildirilib ki, FHN-in Xəzəryanı ölkələrin müvafiq qurumlarına müraciətindən sonra aparılan axtarış-xilasetmə işləri zamanı Xəzər dənizinin Türkmənistan sahillərindən 65-70 km uzaqlıqda 2 kişi cəsədi aşkar edilib və Türkmənistana aid gəminin göyərtəsinə qaldırılaraq Kiyanlı dəniz limanına aparılıb. Cəsədlərə ilkin baxış zamanı birinin geyiminin üzərində “Azneft” sözləri yazıldığı müəyyən edilib.

Məlumat daxil olduqdan sonra FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi istintaq qrupu ilə birgə cəsədlərin tanınması və Azərbaycana gətirilməsi üçün Türkmənistana yola düşüb.

Son xəbərlər

Orphus sistemi