Yuxarı
    Bağlamaq

    Xəzərin Neftçala ərazisində aşkar edilmiş cəsəd identifikasiya olunub

    Cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Cavad Xudaverdiyevindir

    Bakı. 26 fevral. REPORT.AZ/ Fevralın 21-də Xəzər dənizinin Neftçala rayonu ərazisində aşkar edilmiş cəsədin DNT analizinin nəticələri məlum olub. 

    "Report" Azərbaycan Dövlət Neft Şirkətinə (SOCAR) istinadən xəbər verir ki, ekspertlərin rəyinə əsasən, cəsəd SOCAR-ın Nəqliyyat İdarəsinin əməkdaşı Cavad Xudaverdi oğlu Xudaverdiyevindir. O, dekabrın 4-də təbii fəlakət nəticəsində "Neft Daşları"ndakı 501 saylı dəniz özülündə baş vermiş qəzada itkin düşən 3 neftçidən biridir.

    "Dekabrın 4-də Neft Daşlarındakı 501 saylı və ''Günəşli'' yatağındakı 10 saylı dəniz özüllərində baş vermiş qəzalar nəticəsində itkin düşmüş neftçilərin axtarışı davam edir", - deyə SOCAR-dan qeyd olunub.



    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi