Xəzərin Lənkəran sahilində iki nəfər boğulub - FOTO

Xəzərin Lənkəran sahilində iki nəfər boğulub - FOTO Lənkəran. 13 iyul. REPORT.AZ/ Xəzər dənizinin Lənkəran sahilində iki nəfər boğulub.
Hadisə
13 İyul , 2018 21:49
Xəzərin Lənkəran sahilində iki nəfər boğulub - FOTO

Lənkəran. 13 iyul. REPORT.AZ/ Xəzər dənizinin Lənkəran sahilində iki nəfər boğulub.

"Report"un Cənub bürosunun verdiyi xəbərə görə, hadisə axşam saatlarında şəhər ərazisindəki çimərliklərdən birində baş verib.

Lənkəran şəhəri, Zərifə Əliyeva küçəsi 56 ünvanda yaşayan Şəmsəddin Rahim oğlu Aslanov və digər dostu Ruhid Əzizağa oğlu Babazadə dənizdə çimərkən batıb. 

Hadisə yerində olan digər iki dost ətrafdakılara xəbər verib. İlkin olaraq Rahim Aslanovun cansız bədəni aşkar olunaraq sudan çıxarılıb. Digərinin axtarışları isə FHN dalğıcları tərəfindən axtarılır. Ş.Aslanovun meyiti müayinə olunmaq üçün Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Lənkəran şöbəsinə gətirilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi