Bakı. 20 iyul. REPORT.AZ/ Bu gün Xəzər dənizinin Azərbaycan sahillərində batan 3 nəfərdən daha birinin cəsədi tapılıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakının Xəzər rayonunda küləkli havada dənizdə çimərkən naməlum səbəbdən batmış 1995-ci il təvəllüdlü Rza Rafiq oğlu Bayramovun cəsəsdi dalğıc-xilasedicilər tərəfindən batdığı yerdən 30 metr aralıdan tapılıb və sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Axtarışlar davam etdirilir.
*** 18:38
Xəzər dənizinin Azərbaycan sahillərində 3 nəfər batıb.
"Report" Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, nazirliyin Dövlət Sularda Xilasetmə Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunub.
Dənizdən 25-26 yaşında olan naməlum qadın cəsədi tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.
Digər batanların axtarışları davam etdirilir.