Xəzərdə batan daha bir neftçinin meyitinin kimliyi müəyyənləşib

Xəzərdə batan daha bir neftçinin meyitinin kimliyi müəyyənləşib Bu, əmtəə operatoru vəzifəsində çalışmış Azay Hacıbala oğlu Zülfüqarov olub
Hadisə
8 Aprel , 2017 13:09
Xəzərdə batan daha bir neftçinin meyitinin kimliyi müəyyənləşib

Bakı. 8 aprel. REPORT.AZ/ Azərbaycan Prezidentinin "Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azneft" İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında" 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən, Dövlət Dəniz Administrasiyasının Gəmilərin Hərəkətinin İdarə olunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir.

Qərargahdan "Report"a bildirlib ki, həyata keçirilən axtarış-xilas etmə əməliyyatları nəticəsində aprelin 6-sı aşkar edilən kişi meyitinin "Azneft" İB-nin N.Nərimanov adına Neft-Qaz Çıxarma İdarəsinin 1 saylı neft-qazçıxarma sahəsində əmtəə operatoru vəzifəsində çalışmış 1971-ci il təvəllüdlü Azay Hacıbala oğlu Zülfüqarova məxsus olduğu müəyyən edilib. Mərhumun meyiti ailəsinə təhvil veriləcək.

Son xəbərlər

Orphus sistemi