​Xəzərdə tapılan iki neftçinin cəsədi Azərbaycana gətirilib

​Xəzərdə tapılan iki neftçinin cəsədi Azərbaycana gətirilib Neftçilər Quliyev Əzizağa və Abdullayev Adilin nəşləri aidiyyəti üzrə təhvil verilib
Hadisə
4 Yanvar , 2016 22:57
​Xəzərdə tapılan iki neftçinin cəsədi Azərbaycana gətirilib

Bakı. 4 yanvar. REPORT.AZ/ “Günəşli” yatağındakı 10 saylı dərin dəniz özülündə baş vermiş qəza nəticəsində itkin düşən və ötən gün Xəzər dənizinin Türkmənistan sektorunda aşkar edilən daha iki nəfərin meyiti Vətənə gətirilib.

"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, cəsədlərin gətirilməsi üçün bu gün səhər Türkmənistana yola düşən FHN-in “BE-200ÇS” amfibiya tipli təyyarəsi geri qayıdıb.

Neftçilər Quliyev Əzizağa Nöhbala oğlu və Abdullayev Adil Ələkbər oğlunun nəşləri aidiyyəti üzrə təhvil verilib.

Xatırladaq ki, dekabrın 4-də güclü tufan nəticəsində "Günəşli" yatağındakı 10 saylı dərin dəniz özülündə yüksək atmosfer təzyiqi ilə işləyən sualtı qaz xəttinin dayaq borusu qırılıb, boru kəməri zədələnib və yanğın baş verib. Xilasetmə əməliyyatı nəticəsində 33 nəfər xilas edilib. 8 nəfər neftçinin cəsədi ailəsinə təhvil verilib. "Neft daşları"ında baş verən qəzada itkin düşən 3 neftçi də daxil olmaqla, 20 nəfərin axtarışı davam etdirilir.

Son xəbərlər

Orphus sistemi