Xəzərdə qəza baş verən ərazidə suyun dibində tapılmış budka gəmiyə qaldırılıb

Xəzərdə qəza baş verən ərazidə suyun dibində tapılmış budka gəmiyə qaldırılıb Həmin budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib
Hadisə
16 Dekabr , 2016 20:53
Xəzərdə qəza baş verən ərazidə suyun dibində tapılmış budka gəmiyə qaldırılıb

Bakı. 16 dekabr. REPORT.AZ/ “Azneft” İstehsalat Birliyinin N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə nəticəsində itkin düşən neftçilərin axtarış işləri zamanı həmin ərazidə suyun dibində aşkar edilmiş budka gəminin göyərtəsinə qaldırılıb.

"Report" SOCAR-a istinadən xəbər verir ki, budkanın 3 saylı Neft Yığım Məntəqəsinin yaşayış budkası olmadığı müəyyən edilib.

Məlum olub ki, tapılıb sudan çıxarılan və gəmiyə qaldırılan budka soyunub-geyinmə budkasıdır.

Axtarış işləri davam etdirilir. 

Son xəbərlər

Orphus sistemi