Xəzərdə qanunsuz balıq tutmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır

Xəzərdə qanunsuz balıq tutmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır Bakı. 16 noyabr. REPORT.AZ/ Xəzər dənizində qanunsuz balıq tutmaqda təqsirləndirilən Telman Məmmədov və Aslan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
Hadisə
16 Noyabr , 2018 11:14
Xəzərdə qanunsuz balıq tutmaqda təqsirləndirilən şəxslərin məhkəməsi başlayır
Report

Bakı. 16 noyabr. REPORT.AZ/ Xəzər dənizində qanunsuz balıq tutmaqda təqsirləndirilən Telman Məmmədov və Aslan Quliyevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

"Report"un xəbərinə görə, iş baxılması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.

A.Quliyevin cinayət işi hakim İbrahim İbrahimlinin və T.Məmmədovun cinayət işi isə digər hakim Bəxtiyar Məmmədovun icraatına verilib.

Məhkəmənin hazırlıq iclaslarının vaxtları hələlik açıqlanmayıb.

Qeyd edək ki, bu il sentyabr ayında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Su Hövzələrində Bioloji Resursların Artırılması və Mühafizəsi Departamenti, Su Nəqliyyatında Polis İdarəsi əməkdaşları ilə birgə Zığ qəsəbəsi istiqamətində “Vulf” adası yaxınlığında keçirdikləri reyd zamanı icazəsiz balıq ovlayan Bakı şəhər sakinləri T.Məmmədov və A.Quliyev saxlanılıb.

Son xəbərlər

Orphus sistemi