Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb

Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb Öz qanunazidd əməlləri ilə ölkəmizdə keçirilən ekoloji sağlamlığın yaxşılaşdırılmasına və ətraf mühitin mühafizəsinə yönələn genişmiqyaslı tədbirlərə kölgə salan şəxslərə qarşı prokurorluq orqanları tərəfindən ardıcıl və təxirəsalınmaz mübarizə tədbirləri
Hadisə
27 Yanvar , 2022 17:01
 Xəzərdə qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb
0 : 00
0 : 00

Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə cinayət işi açılıb.

Bu barədə "Report"a Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, qurumun Cinayət təqibindən kənar icraatlar idarəsində aparılan araşdırmalar zamanı Azərbaycanın "Qırmızı Kitabı"na daxil edilən balıq və digər su bioresurslarının Xəzər dənizində qanunsuz ovunu edən şəxslərin idarə etdikləri üzmə vasitəsində nərə balıqları aşkar olunduğuna görə 7 nəfər şəxs barəsində inzibati xəta haqqında iş üzrə icraat başlanılaraq baxılması üçün aidiyyəti səlahiyyətli quruma göndərilib.

Eyni zamanda Xəzər dənizində qanunsuz balıq ovu edən şəxslərə məxsus özüyeriyən motorlu üzmə vasitəsilərində dəyəri 1 760 və 6 820 manat təşkil edən nərə balıqların aşkar edilməsi faktına görə 2 cinayət işi başlanılaraq aidiyyəti üzrə daxili işlər orqanlarının istintaq qurumlarına göndərilib.

Son xəbərlər

Orphus sistemi