Yuxarı
    Bağlamaq

    Xəzərdə ov zamanı dəmir alət balıqçının bədəninə keçib - FOTO

    Ov aləti bədənin ön hissəsindən girərək arxa tərəfindən çıxıb© Report.az

    Bakı. 17 may. REPORT.AZ/ Xəzərdə qanunsuz balıq ovu ilə məşğul olan şəxs ehtiyatsızlıqdan xəsarət alıb.

    "Report" xəbər verir ki, 1978-ci il təvəllüdlü Hüseynov Zakir Alik oğlu bədəninə balıq ovu üçün nəzərdə tutulan dəmir parçasının batması səbəbindən xəstəxanaya müraciət edib.

    Xəstəxanadan verilən məlumata görə, dəmir alət bədənin ön hissəsindən girərək arxa tərəfindən çıxıb.

    Hadisə Suraxanı rayonunun Hövsan qəsəbəsində, Qum adası yaxınlığında baş verib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi