Xəzərdə meyiti tapılan neftçinin nəşi sahilə gətirilib

Xəzərdə meyiti tapılan neftçinin nəşi sahilə gətirilib İlham Qafarovun meyiti bu gün ailəsinə təhvil veriləcək
Hadisə
15 Dekabr , 2016 21:32
Xəzərdə meyiti tapılan neftçinin nəşi sahilə gətirilib

Bakı. 15 dekabr. REPORT.AZ/ Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı 10 nəfərin itkin düşməsindən sonra meyiti tapılan neftçi İlham Qafarovun nəşi "Qaradağ-8" gəmisi ilə sahilə gətirilib.

Bu barədə "Report"a "Azneft" İstehsalat Birliyindən məlumat verilib.

İlham Qafarovun meyiti Məhkəmə Tibbi-Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal şöbəsinə aparılıb. Neftçinin meyiti bu gün ailəsinə təhvil veriləcək.

Bu gün N.Nərimanov adına NQÇİ-də baş vermiş hadisə zamanı itkin düşmüş 10 nəfərdən birinin meyiti tapılaraq dənizdən çıxarılıb. Tapılan meyitin N.Nərimanov adına NQÇİ-nin 3 saylı neft-yığım məntəqəsinin əmtəə operatoru, 1958-ci il təvəllüdlü, Bakı şəhəri, Ələt qəsəbəsinin sakini Qafarov İlham Əlihüseyn oğluna aid olduğu müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi