Yuxarı
    Bağlamaq

    Xəzərdə itkin düşmüş neftçilərin axtarışı davam edir

    İntensiv olaraq təmizlənmə işləri aparılır

    Bakı. 31 dekabr. REPORT.AZ/ “Azərbaycan Respublikası Dövlət Neft Şirkəti “Azneft” İstehsalat Birliyinin neft yığım məntəqəsində baş vermiş hadisə ilə əlaqədar bəzi tədbirlər haqqında” Azərbaycan Prezidentinin 16 dekabr 2016-cı il tarixli sərəncamına əsasən Dövlət Dəniz Admnistrasiyasının Gəmilərin Hərəkətinin İdarəolunması Milli Mərkəzində Fövqəladə Hallar Nazirliyi, Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Dövlət Dəniz Administrasiyası, SOCAR və "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin aparıcı mütəxəssislərindən ibarət tərkibdə yaradılan Qərargah tərəfindən təsdiq edilən plana uyğun olaraq, müəyyən edilən sektorlar üzrə axtarış-xilasetmə əməliyyatları davam etdirilir. Bu barədə “Report”a Administrasiyanın mətbuat xidmətindən məlumat verilib.

    Məlumata görə, qurumlarin mütəxəssisləri hər gün olduğu kimi, bu gün də Qərargahın rəhbər heyətinə, davam etdirilən axtarış-xilasetmə əməliyyatlarının gedişatı ilə bağlı məruzə ediblər.

    Qurumun açıqlamasında deyilir ki, qərargahın rəhbər heyətinə məruzə edilərək bildirilib ki, axtarış-xilasetmə əməliyyatları uzunluğu 165 km, eni isə 135 km olan geniş ərazidə fasiləsiz olaraq davam etdirilir.

    "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin gəmiləri, SOCAR-ın Dalğıc və qəza-xilasetmə işləri İdarəsinin “Avior” dalğıc gəmisi və digər yardımçı dalğıc gəmiləri, Dövlət Sərhəd Xidməti, Fövqəladə Hallar və Müdafiə nazirliklərinin ümumilikdə 44 gəmi və üzən vasitələri, 6 helikopteri, FHN-in Regional Mərkəzləri və N saylı hərbi hissələrindən 191 nəfər şəxsi heyəti də daxil olmaqla ümumilikdə 700-dən artıq canlı qüvvə və Nazirliyin Sularda Xilasetmə Xidmətinin dalğıcları sektorlar üzrə, eyni zamanda Bulla, Duvvanı, Gil adaları və sahil boyu vizual axtarışı davam etdirməkdədir.

    SOCAR-ın Dalğıc və qəza-xilasetmə işləri İdarəsinin dalğıcları estakadanın uçub dənizə töküldüyü yerdə 24 saat boyunca növbəli şəkildə, intensiv olaraq təmizlənmə işləri davam etdirilir.

    İlk gündən axtarış-xilasetmə əməliyyatlarına cəlb olunan “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə məxsus, göyərtəsində müasir heyətsiz “ROV” sualtı aparatlar quraşdırılan “Məmməd Süleymanov”, “Təbriz Xəlilbəyli” axtarış-xilasetmə gəmiləri, uçmuş estakadaların ərazisində 24 saat sualtı video-axtarış əməliyyatlarını davam etdirməkdədir.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi