Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub

Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub Hadisəyə elektrik naqillərinin qızması səbəb olub
Hadisə
12 Yanvar , 2017 16:26
Xəzərdə gəmidə baş vermiş yanğının səbəbi məlum olub

Bakı. 12 yanvar. REPORT.AZ/ Bu gün saat 14:45 radələrində Xəzər dənizində Xərə Zirə adası yaxınlığında "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi“ QSC-yə məxsus "Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində elektrik naqillərində tüstülənmə müşahidə edilib. 

Bu barədə "Report"a "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC-nin mətbuat xidmətindən məlumat verilib.

"Gəmi heyətinin operativ müdaxiləsi nəticəsində tüstülənmənin qarşısı alınıb. Gəmidə təhlükəli yük olmayıb. Hadisə ilə bağlı ətraflı məlumat veriləcək", - deyə gəmiçiliyin məlumatında əlavə edilib.

Qeyd edək ki,  Fövqəladə Hallar Nazirliyi bir qədər əvvəl  “Akademik Zərifə Əliyeva” adına gəmi bərəsinin baş mühərrik bölməsində yanğın olması barədə məlumat yayıb. 

“Report”un xəbərinə görə, Dövlət Yanğından Mühafizə Xidmətinin “Vixr-7” və Aviasiya dəstəsinin 1 helikopteri hadisə yerinə cəlb olunub.

Son xəbərlər

Orphus sistemi