Bakı. 14 avqust. REPORT.AZ/ Bakının Xəzər rayonunda 2 nəfər dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşib.
"Report" xəbər verir ki, bu barədə məlumat Fövqəladə Hallar Nazirliyinin Dövlət Sularda Xilasetmə Xidmətinə daxil olub.
Dərhal Xidmətin xilasediciləri hadisə yerlərinə cəlb olunaraq vətəndaşları sudan çıxarıb və aidiyyati üzrə təhvil veriblər.